Modern.az

İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötdü

İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötdü

12 İyul 2020, 17:59

İyulun 12-nə olan məlumata görə, İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində İndoneziyada 1681 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 75 min 699 nəfər olub.

 

Bu virus nəticəsində yaranan sətəlcəmdən həyatını itirənlərin sayı da 71 nəfər artaraq 3606 nəfərə çatıb. Epidemiyadan sağalanların sayı isə 35 min 638 nəfərdir.

 

Yerli mətbuatın yaydığı son məlumatlara görə, virusun yayıldığı məkanlardan biri Qərbi Yava əyalətində yerləşən hərbi akademiya olduğu bildirilir. Burada 1300-dən çox kursantın virusa yoluxduğu qeyd edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır