Modern.az

Özbəkistanda koronavirusa yoluxanların sayı açıqlandı

Özbəkistanda koronavirusa yoluxanların sayı açıqlandı

12 İyul 2020, 18:05

Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir.

 

Son sutka ərzində ölkədə COVID-19-a yoluxanların sayı 500-ə çatıb və hazırda belə xəstələrin sayı 12 min 706-dır.

 

Modern.az Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, virusdan ölənlərin sayı 58 nəfərə çatıb. Hazırda müalicədə 4925 xəstə var, onların 52-nin vəziyyəti ağırdır.

 

Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olan adamlar özünütəcrid rejiminə keçirilib.

 

Bu müddətdə Özbəkistanın şəhərlərində və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb, toy və digər ailə şənliklərinin keçirilməsi qadağan olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir