Modern.az

Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO

Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO

12 İyul 2020, 21:31

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

 

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.


Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə şəhidlərdən birinin ad-soyadı açıqlanıb. Bu, Ağstafa rayonu Yuxarı Göycəli kəndindən olan çavuş, 1987-ci il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovdur. Məlumatı şəhidin qohumları da sosial şəbəkələrdə təsdiqləyiblər.

Qeyd edək ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər