Modern.az

Medvedev Sərkisyanı dilə tutacaq

Medvedev Sərkisyanı dilə tutacaq

Təhsil

15 Yanvar 2010, 19:09

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərindən sonra Ermənistan prezidenti Sery Sərkisyanın da Rusiya paytaxtına səfəri gözlənilir. Modern.az-ın erməni mətbuatına əsasən verdiyi məlumata görə,  Ərdoğandan sonra Sərkisyanın Moskvaya yollanması  bir sıra mətləblərdən xəbər verir.
Ermənistan parlamentindəki  “Varis” fraksiyasının başçısı Stepan Safaryan hesab edir ki,  Ərdoğanın Moskva turnesindən dərhal sonra “DQR” “prezidenti”nin Moskvaya, Lavrovun İrəvana səfər etməsi, eləcə də Serj Sərkisyanın da Rusiya paytaxtında prezident Dmitri Medvedevlə planlaşdırılan görüşü Qarabağ nizamlaması ətrafında ciddi proseslərdən xəbər verir. Ərdoğanın səfərindən sonra Rusiya öz cənub forpostu ilə təmasları intensivləşdirib.  Politoloqa görə,  Türkiyə Rusiya ilə energetika sahəsində önəmli layihələrə girişəcək,  qarşılığında isə Moskva Qarabağ münaqişəsinin tezliklə həlli üçün erməni tərəfi ilə “işləmək” niyyətindədir.

Safaryan hesab edir ki, indki mərhələdə Qarabağ münaqişəsinin həllinin tezləşdirliməsi prosesi gedir, nizamlamanın əsas məsələləri üzrə isə tərəflər arasında razılıq yoxdur.  “Lakin bu erməniləri sakitləşdirə bilməz, istisna olunmur ki, müəyyən mərhələdə erməni maraqlarından uzaq olan sənəd  işlənib hazırlana və Yerevanı bu sənədi imzalamağa məcbur edə bilərlər”,-deyə politoloq  bildirib.    

Ankaranın  2010-cu ildə bir sıra beynəlxalq strukturlar çərçivəsində Qarabağ münaqişəsinin nizamlamasına dair fəal iş aparacağına dair bəyanatını xatırladan Safaryan qeyd edib ki, “Türk diplomatiyası çox təhlükəli və güclüdür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır