Modern.az

Böyük Vətən müharibəsində qələbəni inkar edənlər cəzalanacaq

Böyük Vətən müharibəsində qələbəni inkar edənlər cəzalanacaq

15 Yanvar 2010, 19:16

Rusiyada SSRİ-nin Böyük Vətən Müharibəsində qələbəsini inkar etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. Modern.az BBC-yə istinadən x’b’r verir ki, qanun layihəsinin ilkin variantını hökumət qəbul etməyib, ancaq hakim partiya üzvləri hesab edir ki, istənilən halda belə qanun olmalıdır və bu istiqamətdə iş gedir.
Layihəyə görə, Rusiya vətəndaşları SSRİ-nin müharibədəki rolunu şübhə altına quyduğu təqdirdə cinayət məsuliyyətiylə üzləşə bilərlər. Bu məsələ xarici vətəndaşlara aid deyil, ancaq əgər xaricilər müvafiq bəyanatlarla çıxış etsələr, Rusiya ərazisində onları eyni problemlər gözləyə bilər.
Hakim "Vahid Rusiya" partiyası Cinayət Məcəlləsinə tarixin saxtalaşdırılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan əlavələr edilməsi üzrə işini davam etdirəcəyini bəyan edib.  Ötən il hakim partiya xüsusi qanun layihəsini hazırlayıb.  Layihədə bildirilir ki, Rusiya vətəndaşları nasizmin reabilitasiyası və təbliğatı, habelə SSRİ-nin İkinci dünya müharibəsindəki rolunun qaralanması istiqamətindəki bəyanatlar və hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Layihəyə görə, sözügedən fəaliyyətlə məşğul olsalar, xarici ölkə  vətəndaşları da bu sanksiyalarla üzləşə bilərəlr.
Hökumət qanun layihəsiylə bağlı öz mənfi rəyini verib və indi layihənin yenidən işlənəcəyi göstərilir. "Vahid Rusiya" partiyasının Dumadakı fraksiyasının sədr müavini Valeriy Ryazantsev bildirib ki, burada hakim partiya daxilində heç bir bölünmə yoxdur, sadəcə hələlik hamını razı salan lazımi hüquqi ifadələr tapılmayıb: "Biz hələlik hamını qane edən hüquqi ifadələri tapmamışıq, biz bunu boynumuza alırıq. Lazımi ifadələri axtarırıq. Biz hesab edirdik ki, ən optimal qiymət Nürnberq tribunalının qərarları əsasında olmalıdır və tribunalın yekunlarını tanımayanlar yeni qanunun obyektinə çevrilməlidir. Ancaq hüquqşunasların müxtəlif fikirləri var".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir