Modern.az

Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.  

Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.  

13 İyul 2020, 16:15

“Allah şəhidlərimizə rəhmət etsin! Qanı, canı Azərbaycanla döyünən vətəndaşlarımız bu gün Tovuzun Ağdam kəndində və digər bölgələrimizdəki əsgərlərimizin yanındadır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı Türkiyə Xarici İşlər Nazirliyindən başqa heç bir rəsmi qurum bəyanat verməyib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

 

O bildirib ki, Prezident İlham Əliyevin iyulun 6-da milli televiziyalara müsahibəsində ATƏT-in Minsk qrupunu haqlı tənqid etdiyinin bir daha şahidi olduq:

 

“Dünən günortadan başlayaraq Dağlıq Qarabağ ərazisinə aid olmayan ərazimizə ermənilərin hücum etməsinə, təxribat törətməsinə baxmayaraq, heç bir beynəlxalq qurum təxribata reaksiya bildirmir. Təbii ki, onlar layiqli cavablarını alıblar və bu proses davam edir. Əslində, ATƏT-in Minsk qrupu tam fəaliyyətsizlik göstərir və deyərdim ki, hətta Ermənistana dəstək verməklə məşğuldur. Digər beynəlxalaq təşkilatlar və dövlətlər hələ də bu təxribata reaksiya vermir. 2016-cı ilin Aprel döyüşlərində Rusiyanın müəyyən vəzifəli şəxsləri Azərbaycan rəhbərliyinə zəng etmişdi. İndiki durumda çox gözləyirdim ki, Rusiyanın həmin vəzifəli şəxsləri Ermənistana yerində oturmağı və beynəlxalq hüquqa hörmət etməyi, digər ölkənin ərazisinə hücum etməməyi tövsiyə etsin, müəyyən addımlar atsın”.

 

Komitə sədri qeyd edib ki, bu proses Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müəyyən dövlətlərin, eyni zamanda Ermənistanın özünün də sülh yolu ilə həll etməkdə maraqlı olmadığını göstərir: “Bu, bir təxribatdır və ATƏT-in Minsk qrupuna, beynəlxaq hüquqa, beynəlxalq təşkilatların bəyanatlarına hörmətsizlikdir. Bu hörmətsizliyi Ermənistan ona görə göstərir ki, onları bu və ya digər formada həm beynəlxalq təşkilatlar, həm də digər dövlətlər dəstəkləməkdə davam edirlər. Hesab edirəm ki, Azərbaycan cəbhənin digər bölgələrində öz torpaqlarını hərb yolu ilə azad etmək üçün hansısa addımlar atacaqsa, bu, qınanıla bilməz. Çünki beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir. Əsgərlərimizə var olun deyirəm, əllərindən, gözlərindən öpürəm və möhkəm olmağı arzu edirəm. Ürəyimiz əsgərlərimizlədir. Lazım gəlsə, bir neçə saatdan sonra yanlarındayıq. Ali Baş Komandanın əmrini nəinki əsgərlər, Vətənini sevən hər bir Azərbaycan vətəndaşı hər an gözləyir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı