Modern.az

Ermənistan yeni itkilərini ETİRAF ETDİ

Ermənistan yeni itkilərini ETİRAF ETDİ

Dünya

13 İyul 2020, 16:30

Ermənistan Müdafiə Nazirliyi daha 3 hərbi qulluqçusunun yaralandığını bildirib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, yaralı hərbçilərin səhhəti barədə ətraflı məlumat verilməyib.

"Təəssüf ki, 5 yaralımız var. 3 əsgər və 2 polis əməkdaşı yaralanıb"- deyə Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan məlumatı təsdiq edib.  

Rəsmi Yerevan bundan əvvəl 2 polis əməkdaşının yaralandığını etiraf etmişdi. Hazırda ümumilikdə 5 erməni hərbçinin yaralandığı qeyd olunur. 

Amma yaralı və ölü sayının daha çox olması ehtimalı yüksəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?