Modern.az

Ermənistan şübhəsiz ki, layiqli cavabını alıb və alacaq

Ermənistan şübhəsiz ki, layiqli cavabını alıb və alacaq

13 İyul 2020, 17:38

“Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti hərbi təxribat diqqətin ölkə daxilindəki problemlərdən yayındırılmasına xidmət edən addımdır”.

 

Bu sözləri “Modern.az” saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbyacan nümayəndə heyətinin rəhbəri, deputat  Azər Kərimli deyib.

 

Deputatın sözlərinə görə, koronavirusla mübarizədə aciz qalan Ermənistan hakimiyyəti aclıq və səfalət içərisində yaşayan vətəndaşlarının sosial problemlərini hətta minimum səviyyədə belə həll etmək iqtidarında deyil:

 

“Siyasi avantürist Nikol Paşinyan isə, Ermənistanda deyildiyi kimi, “insanlara çörək əvəzinə heç bir işə yaramayan proqramlarını yedizdirməyə” çalışır. Digər tərəfdən isə, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, ölkəmizin beynəlxalq uğurları Ermənistanın siyasi hakimiyyətini ciddi şəkildə narahat edib və xroniki paxıllıq hisslərini daha da gücləndirib”.

 

 Azər Kərimli qeyd edib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərakatına üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri, Avropa İttifaqının, Avtopa parlamentarilərinin münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulamaları, Prezident İlham Əliyevin təşəbbüslərinin qlobal miqyasda dəstək qazanması Ermənistan cəmiyyətində siyasi hakimiyyətə olan etimadı minimuma endirib, qarşıdurmaları, ziddiyyətləri dərinləşdirib”.

 

Millət vəkili bildirib ki,artıq bir sıra ölkələrin nüfuzlu siyasətçiləri Ermənistanın son hərbi təxribatına ciddi reaksiya veriblər:

 

“Məsələn, İtaliya Senatının xarici işlər komissiyasının prezidenti Vito Petroçelli və İtaliya Parlamentinin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Paolo Grimoldi Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, beynəlxalq ictimaiyyəti baş verənlərə münasibət bildirməyə çağırıblar. Bütün bunlar Ermənistanın beynəlxalq müstəvidə də ölkə daxilində olduğu kimi dalana dirəndiyini göstərir”.

 

Azər Kərimli qeyd edib ki, son təxribat Ermənistan hakimiyyətinin əlində ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün başqa heç bir vasitənin qalmadığını göstərir:

 

“Ermənistan şübhəsiz ki, layiqli cavabını alıb və alacaq. Bu ölkənin cəmiyyəti artıq elə bir xəyal qırıqlığına uğrayıb ki, heç bir təxribat diqqətin daxili problemlərdən yayındırılmasına komək etməyəcək”. Millət vəkili Ermənistanın növbəti hərbi təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?