Modern.az

Tovuz döyüşlərində 7 hərbçimiz ŞƏHİD OLUB - SİYAHI

Tovuz döyüşlərində 7 hərbçimiz ŞƏHİD OLUB - SİYAHI

14 İyul 2020, 13:30

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyi rəsmilərinin cəbhə bölgəsində jurnalistlərə verdiyi məlumata görə, şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olan bir qrup hərbçimiz şəhid olub. 

Hazırda Tovuz istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.

Son döyüşlərdə şəhid olan hərbçilərimizin ad-soyadlarını təqdim edirik:

General-mayor Həşimov Polad İsrayıl oğlu

Polkovnik Mirzəyev İlqar Anzor oğlu

Mayor Əhmədov Namiq Hajan oğlu

Mayor Novruzov Anar Gülverdi oğlu

Gizir Zeynalı İlqar Ayaz oğlu

Gizir Babayev Yaşar Vasif Oğlu

MAXE Mustafazadə Elçin Arif Oğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir