Modern.az

Tanınmış diplomat xalqa ÇAĞIRIŞ ETDİ

Tanınmış diplomat xalqa ÇAĞIRIŞ ETDİ

14 İyul 2020, 15:23

Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) Azərbaycan xalqına müraciət edərək, bu çətin günlərdə Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşməyə çağırış edib.

Diplomat Modern.az saytı vasitəsilə ünvanladığı çağırışında bildirib:

"Hörmətli oxucu, əziz vətəndaşlar!

Bu gün mən bir diplomat olaraq deyil, vətəndaş kimi fikirlərimi bölüşməyi özümə borc bilirəm.

Hamımıza məlumdur ki vaxtilə Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri, böyük xidmətləri nəticəsində Azərbaycanımız özünə qayıtdı. Sonrakı mərhələdə,  yəni 2003 - cü ildən üzü bəri biz hörmətli Prezident, cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanda yeni bir inkişaf modelinin şahidiyik. Bu illər ərzində istər dövlət quruculuğunda, istər nəhəng iqtisadi layihələrdə Azərbaycan regionda lider ölkəyə çevrilib. Mən hələ ölkəmizin beynəlxalq müstəvidə, mötəbər təşkilatlarda müxtəlif təşəbbüslərlə boy göstərdiyini, dünya ilə bərabər, sivil, dinamik münasibətlər qurduğunu sadalamıram. Mən 24 illik diplomatik fəaliyyətimdə Prezident İlham Əliyevin dövlətçilik təcrübəsinin qismən də olsa, şahidiyəm.  Onun milli cəfakeşliyi, gündəlikdə olan, olmayan məsələlərə hədsiz diqqəti, ölkəni narahat edən məsələlərə böyük həssaslıqla yanaşması göz qabağındadır. Bunu danan, daha dəqiq desəm paxıllığından inkar edən bir qisim şəxs - (o şəxslər ki ölkədən kənarda oturub internet və sosial şəbəkələr vasitəsilə şər və böhtan kampaniyası aparır)  Azərbaycanın inkişafını istəməyənlərdir.

Bu gün Ermənistanın da Tovuz rayonu istiqamətində təxribata əl atması, onun dünya çapında Azərbaycanla eyni nüfuzda ola bilməməsindən irəli gəlir.

Əfsuslar olsun ki ölkənin bu həssas məqamında xaricdə oturub özlərinin müxtəlif adlarla yaratdıqları sosial şəbəkələr kanalizasiyasından düşmən dəyirmanına su tökən şəxslər var.

İnşallah, igid oğullarımız sayəsində erməni təxribatına da son qoyulacaq, Azərbaycan fədakar,  uzaqgörən Prezidentimizin qətiyyətilə dünyaya Azərbaycanın haqlı olduğunu bir daha sübut edəcək.

Bu həssas məqamlarda oxuculardan, məni tanıyanlardan, ziyalılarımızdan cənab İlham Əliyev ətrafında sıx birləşməyi təvəqqe edirəm.

Hörmətli, cənab Prezident, Biz, Sizinləyik!

Hörmətlə,Mətin Mikayıl oğlu Mirzə”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir