Modern.az

Kliniki Tibbi Mərkəzə yeni direktor TƏYİN OLUNDU

Kliniki Tibbi Mərkəzə yeni direktor TƏYİN OLUNDU

Aktual

14 İyul 2020, 16:48

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

Bu barədə Modern.az-a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.


R.Əliyeva qeyd edib ki, TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir