Modern.az

Tələbələrdən ordumuza dəstək

Tələbələrdən ordumuza dəstək

Aktual

14 İyul 2020, 17:03

Məlum olduğu kimi, iyul ayının 12-də təcavüzkar Ermənistan silahlı qüvvələri artileriya qurğularından istifadə etməklə növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan və Ermənistan dövlət sərhədlərinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqelərini, dinc əhalinin yaşayış məntəqələrini atəşə tutmuşlar. Rəşadətli Milli Ordumuz düşməndən hərtərəfli üstünlüyünü bir daha nümayiş etdirərək cəbhəboyu bütün əraziləri nəzarət altında saxlamağa müvəffəq olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasını Prezidenti, Ali baş komandanımızın qətiyyətli iradəsi, baş vermiş bütün hadisələrə şəxsən nəzarət etməsi, ordumuzun zabitlərinin peşəkarlığı, müasir tələblərə cavab verən ordumuzun maddi-texniki gücü,  döyüşçülərimiz arasında olan  ruh yüksəkliyi növbəti dəfə Azərbaycan əsgərinin düşmən üzərindəki üstünlüyünü nümayiş etdirdi.

 

Bütün ölkə gəncləri kimi  minlərlə gənci birləşdirən Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı da 12 iyul tarixindən başlayaraq cəbhə xəttində və sərhəddə baş vermiş təxribatla bağlı aşağıdakıları bəyan edir:

 

1. Ermənistan hökuməti öz işğalçılıq və təcavüzkar siyasətini davam etdirərək Ermənistan-Azərbaycan Dagılıq Qarabag münaqişəsinin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış tarixi-əzəli ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, sərhəd zonalarında gərginliyi artırmaq məqsədilə müxtəlif təxribatlar törədir. Biz gənclər belə təxribatları ölkəmizin ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və birmənalı olaraq pisləyirik. Ermənistanın münaqişənin həllinə zərbə vuran bu kimi təxribatlarına düzgün hüquqi-siyasi qiymət vermək üçün, özünün təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək qərarlar almaqdan ötrü Beynəlxalq ictimaiyyətə səslənirik,

2. Səngərlərdə rəşadətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daima hazır olan ordumuza dəstək verir və onlarla həmrəylik ifadə edirik,

3. Ölkə başçısı, Ali baş komandanın tapşırığı olarsa, Lənkəran Dövlət Universitetinin Tələbə Gəncləri düşmən tapdağında olan torpaqlarımızı azad etmək və düşmən həmləsinin qarşısını almaqdan ötrü döyüşlərdə iştirak etmək üçün müsəlləh əsgər olmağa hər an hazırdır,

4. Bütün beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Şurasına (AŞ), Avropa İttifaqına (Aİ), İslam Əməkdaşlıq Təşkilatına və eləcədə Qoşulmama Hərəkatına müraciət edərək, Ermənistan hökumətini beynəlxalq öhdəliklərinə və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına vadar etməyə çağırırıq.

 

Şəhidlər ölməz, vətən bölünməz!

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!

Zəfər sənindir,Azərbaycan əsgəri!

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir