Modern.az

İlham Əliyev 9 milyonuncu vətəndaşa Bakıda ev verdi

İlham Əliyev 9 milyonuncu vətəndaşa Bakıda ev verdi

15 Yanvar 2010, 19:47

Prezident İlham Əliyev 9 milyonuncu vətəndaşinin sosial müdafiəsi ilə bağli bəzi tədbirlər haqqinda sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, 2010-cu il yanvarın 15-də respublikamızın 9 milyonuncu sakini Əhmədli İlham İslam oğlunun dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrilib. Bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin 9 milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alan Prezident

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb ki, Əhmədli İlham İslam oğlunun dünya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə onun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etsin.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ölkəmizin
9 milyonuncu vətəndaşı Əhmədli İlham İslam oğluna iyirmi min manat məbləğində vəsait ayrılacaq.
Mərkəzi Bankı tapşırılıb ki, Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü