Modern.az

Ayıq-sayıq olaq, provakasiyaya getməyək! - Deputatdan dünənki təxribata REAKSİYA

Ayıq-sayıq olaq, provakasiyaya getməyək! - Deputatdan dünənki təxribata REAKSİYA

15 İyul 2020, 09:18

Ceyhun Məmmədov,
Milli Məclisin üzvü

Dünən gecə baş verən hadisələr barədə...

Qarabağın azadlığı birlik və bərabərliyimizdən keçir...

Qarabağ, torpaq hər bir Azərbaycanlı üçün müqəddəsdir. Hər birimizn böyük arzusu torpaqlarımızn tezliklə işğaldan azad olunması, düşməndən qisas alınması, öz dədə-baba yurdumuza qayıtmaqdır. Bunun gerçəkləşməsi üçün dövlət gərəkən bütün addımları atır və hər zaman atacaq.
Bütün hallarda Qarabağdan qrup məqsədləri üçün istifadə edilməsi yolverilməzdir. Kütlə psixologiyası çox təhlükəlidir. Bu kimi vəziyyətdən hər zaman Azərbaycanı sevməyən qüvvələr maksimum yararlanmağa çalışırlar. Dünənki hadisələr bunu bir daha təsdiq etdi. Dünənki yürüşdə səmimi insanlarla yanaşı, təxribatçılar da iştirak edirdilər. Səsləndirilən şüarlardan bu açıq hiss olunurdu.

Xalqın Qarabağı istəməsi, döyüşə hazır olması sevindirici haldır. Ancaq kimlərinsə bundan başqa məqsədlərlə istifadəsinə yol verməməliyik. Əks halda tarix bizi bağışlamayacaq.

Dünən dövlət və ordu ilə birlik və həmrəylik nümayiş etdirdikdən sonra hər kəs Daxili İşlər Nazirliyinin müraciətini nəzərə alıb dağılışmalıydı. Milli Məclisə hücum etmək, Müdafiə Nazirliyinin binasına doğru yürüş anlaşılan deyildi. Dini şaürların, istefa tələblərinin səsələndirilməsinin heç yeri yox idi. Ən azından müqəddəs amal və məqsədə yaraşan davranış deyildi.

Hamımız anlamalıyıq ki, düşmənin əsas məqsədlərindən biri Azərbaycandakı sabitliyi pozmaq, ölkəni vətəndaş müharibəsinə sürükləməkdir. Məsələnin ən təhlükəli tərəfi də bu idi. Ona görə hər birimiz maksimum diqqətli olmalı, ehtiyatı əldən verməmliyik.

Qarabağ məsələsinə və sərhəddə baş verən hadisələr gəldikdə isə Azərbaycan dövləti bütün zəruri addımları atır. Ordumuz düşmənə layiqli cavab verir və verəcək. Dezinformasiyaları yaymaq, əhali arasında çaşqınlıq yaratmaq yalnız xəyanət və düşmənçilik kimi qiymətləndirilməlidir.

Səfərbərlik məsələsinə gəldikdə, ehtiyac olsa, bu barədə açıqlama veriləcək. Eytiyac və zərurət olmadan sərhədə axışmaq, gərginlik yaratmaq ümumi işin yalnız ziyanınadır.

Dünən baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Ona görə heç kim provakasiyaya getməməli, ayıq-sayıqlığı əldən verməmlidir.

Onu da qeyd edim ki, dünəndən ermənilər sosial şəbəkələrdə Azərbaycanla bağlı xəbərlərə geniş yer verməyə başladılar. Bakıda yürüşün təşkil olunmasından sevinərək Azərbaycanda qarşıdurmanın baş verməsi barədə məlumat yayır və bundan sevinclərinizi gizlətmirdilər.

Bu ölkənin düşmənlərinin çox olduğunu heç birimiz unutmamalıyıq. Düşmənin sevinməsinə imkan verməməliyik. Qarabağın azadlığı birlik və həmrəylikdən keçir. İndiki durumda birlik və həmrəyliyə daha çox ehtiyacımız var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub