Modern.az

Ermənistanın eks-nazir müavini: “Beynəlxalq arenada bizi heç kim dəstəkləmir”

Ermənistanın eks-nazir müavini: “Beynəlxalq arenada bizi heç kim dəstəkləmir”

Dünya

15 İyul 2020, 10:30

Ermənistanın müdafiə nazirinin sabiq müavini, eks-deputat Artak Zakaryan Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı açıqlama verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş nazir müavini Nikol Paşinyan hökumətini sərt tənqid edib. O, beynəlxalq birliyin bu məsələdə Ermənistana dəstək verməməsini xarici siyasətin uğursuzluğu adlandırıb.

 

“Məni ABŞ və Fransanın qəribə sükutu düşündürür. Bu gün hadisələrlə bağlı Ermənistana dəstək verən neçə ölkə nümayəndəsi, parlamenti var? Biz hətta Ukrayna XİN-nin açıqlamasına düzəliş etdirmək üçün onların səfirini nazirliyə çağırmalı oluruq. Bir sıra ölkələrin Azərbaycanı dəstəkləyən bəyanatları var. Ancaq həvəskar və məlumatsız insanlar Ermənistanla Azərbaycanın müqayisəsini apara bilər”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür