Modern.az

Bakıdan Sumqayıta gediş-gəlişin qadağan olunma xəbərinə rəsmi REAKSİYA

Bakıdan Sumqayıta gediş-gəlişin qadağan olunma xəbərinə rəsmi REAKSİYA

Aktual

15 İyul 2020, 11:31

Sosial şəbəkə istifadəçilərinin məlumatlarına görə, Bakıdan Sumqayıta giriş qadağan edilib, bunun üçün xüsusi postlar qurulub.


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a bildirib ki, icaze.e-gov.az portalında qeydiyyatdan keçən şəxslərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb:

“Kim, hansı məqsədlə belə bir məlumat yayıb, deyə bilmərəm. Fakt budur ki, Bakı, Sumqayıt ərazisində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir. Sadəcə portalda adı olmayan şəxslər Sumqayıtdan Bakıya buraxılmır. Amma kimlərin ki, fəaliyyət, iş yeri Bakıdırsa, onlar sərbəst hərəkət edə bilirlər”.

K.Əliyev bildirib ki, bu məhdudiyyət karantin rejiminin tələblərinə daxildir və yeni tətbiq edilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü