Modern.az

Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb - Yeni təxribat PLANI

Ermənilər Qarabağda cəbhəboyu kəndləri tam boşaldıb - Yeni təxribat PLANI

15 İyul 2020, 14:20

Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik işğal altındakı Dağlıq Qarabağ ərazilərinə də sirayət edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçıların lideri Araik Arutunyan Tərtər rayonunun işğal altındakı Madagiz və Talış kəndlərinə səfər edib.

 

Onun göstərişi ilə cəbhə xəttinə yaxın yerləşən bu kəndlərdən bütün əhali çıxarılıb, ərazidə yalnız işğalçı hərbi birləşmələrin qalması barədə qərar verilib.

Köçürülən əhali Xankəndi və Ağdərəyə yerləşdirilib. Düşmən tərəfinin cəbhə xəttində yerləşən əhalini köçürməsi rəsmi Yerevanın yeni təxribat planlarından xəbər verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir