Modern.az

İsraildə 17 arvadla yaşayan sekta başçısı həbs olunub

İsraildə 17 arvadla yaşayan sekta başçısı həbs olunub

15 Yanvar 2010, 20:05

İsrail polisi seksual cinayətlərdə ittiham olunan  sekta başçısını həbs edib. Modern.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, şübhəli şəxs qismində  saxlanan Qoel Ratzon Təl-Əvivdə 17 arvadla yaşayıb. Onun bu qadınlardan 40 uşağı var. Ratzona qarşı zorlama və zor tətbiq etməklə azadlıqdan məhrum etmə ittihamları irəli sürülüb. Polis ötən il qadınlardan bir neçəsinin müraciətindən sonra hərəkətə keçib.
Ratzon iddi edib ki, qadınlar könüllü surətdə onunla yaşayıblar və onun tətbiq etdiyi normalar zor tətbiq etməklə azadlıqdan məhrum etmək kimi qiymətləndirilə bilməz.  Polis qadın və uşaqların şəhərin cənubunda bir neçə mənzildə yaşadıqlarını bildirib. Polis reydi zamanı mənzillərdən birində 10 qadın və 17 uşaq aşkar olunub, onlar 3 otaqda məskunlaşıblar. Qadın və uşaqların dəhşətli vəziyyətdə olduğu bildirilir.    
Hazırda qadınlar polis tərəfindən dindirilir, uşaqlar isə nəzarətə götürülüb.
Ratzonun vəkili qeyd edib ki, müdafiə etdiyi şəxs digər insanlardan, ola bilsin ki, fərqlənir, lakin cinayətkar deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü