Modern.az

“Ermənilər 100-ə yaxın hərbi qulluqçusunu itirib” - Müdafiə Nazirliyi

“Ermənilər 100-ə yaxın hərbi qulluqçusunu itirib” - Müdafiə Nazirliyi

17 İyul 2020, 07:58

Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

 

"Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq 100-ə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi, Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

 

Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq", - Müdafiə Nazirliyi bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir