Modern.az

İcra başçısı karantin rejimində oğluna toy edib? - AÇIQLAMA

İcra başçısı karantin rejimində oğluna toy edib? - AÇIQLAMA

17 İyul 2020, 10:30

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turala toy etməsilə bağlı məlumat yayılıb.

Yayılan məlumatda iddia olunur ki, karantin müddətində toy edən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib. Məclisdə çoxsaylı qonaqların olduğu da bildirilir.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təkzib edib:


“Bu məlumat tamamiə yalandır. Karantin dövründə Prezidentin dönə-dönə göstəriş və tapşırıqlar verdiyi bir vaxtda hansı icra başçısı toy edər?”.

DİN rəmisi bildirib ki, bu məlumatı ilk yayan icra başçısı ilə ədavət olan biridir.
 

Məsələyə münasibət bildirən Vidadi İsayevin özü də xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirib:

"Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən, övladım bir il bundan əvvəl nişanlanmışdı.
Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq, hər iki ailənin və gənclərin öz razılığı ilə gənclər nikahlarını rəsmiləşdiriblər.
Amma heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməyib.
Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük”.


Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər