Modern.az

Ermənistan Müdafiə Nazirliyi itkilərinin sayını 3 dəfə azaltdığını ETİRAF ETDİ

Ermənistan Müdafiə Nazirliyi itkilərinin sayını 3 dəfə azaltdığını ETİRAF ETDİ

17 İyul 2020, 11:42

Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki gərginliklə bağlı açıqlama yayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İcevan şəhərində mətbuat konfransı keçirən Nazirliyin sözçüsü Artsrun Ovannisyan 5 hərbi qulluqçunun ağır vəziyyətdə olduğunu deyib.

Ovannisyan Ermənistan İstintaq Komitəsinin məlumatı ilə müqayisədə Müdafiə Nazirliyinin yaralı əsgər sayını 3 dəfə azaltmasına da cavab verib.

“20 hərbi qulluqçuya tibbi yardım göstərilir. Onlardan 10-nu hələ də xəstəxanadadır. Yaralılardan 1-i kritik vəziyyətdə, daha 4-ü isə ağır vəziyyətdədir”.

 

Ovannisyan İstintaq Komitəsinin bütün yaralıları, o cümlədən şok vəziyyətində olanların siyahıya alındığını deyib.

 Xatırladaq ki, ölkənin Müdafiə Nazirliyi yaralı sayını 10 nəfər olduğunu elan etsə də, İstintaq Komitəsi yaralı sayının 36 nəfər təşkil etdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir