Modern.az

9 milyonuncu vətəndaşın atası polis kapitanı, anası tələbədir

9 milyonuncu vətəndaşın atası polis kapitanı, anası tələbədir

16 Yanvar 2010, 11:23

Modern.az-ın xəbər verdiyi kimi, yanvarın 15-də Azərbaycanın 9 milyonuncu vətəndaşı dünyaya gəlib.
Hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kəndinin yaşayış qeydiyyatında olan Əhmədovlar ailəsində baş verib.
9 milyonuncu sakin olan uşaq Naxçıvan Doğum Mərkəzində oğlan cinsində doğulub. Ailənin 2-ci övladı olan uşağın adını İlham qoyublar.
Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvan şəhərində doğulsa da, onun valideynləri Bakıda yaşayırlar.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, uşağın atası Əhmədov İlkin İslam oğlu Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 25 saylı Polis Bölməsində əməliyyat müvəkkili işləyir, polis kapitanıdır.
Uşağın anası Əhmədova Aynur Teymur qızı Bakı Avrasiya Universitetinin 5-ci kurs tələbəsidir.

Xatırladaq ki, Prezidentin sərəncamı ilə Azərbaycanın 9 milyonuncu vətəndaşının ailəsinə Bakıda mənzil və 20 min manat pul verilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür