Modern.az

Azərbaycanda koronaviruslu xəstələrin sayı AZALIR: 549 sağalma, 471 yoluxma

Azərbaycanda koronaviruslu xəstələrin sayı AZALIR: 549 sağalma, 471 yoluxma

17 İyul 2020, 18:09

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8490 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9023, ötən müddət ərzində isə ümumilikdə 610 523 test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi