Modern.az

Belçikada “manqal vergisi” yığılır

Belçikada “manqal vergisi” yığılır

Dünya

17 İyul 2020, 20:44

Belçikanın 3,5 milyon sakini olan Valloniya şəhərinin merliyi qlobal istiləşməyə qarşı mübarizə aparmaq məqsədilə bir neçə ildir ki, manqalda hazırlanan yeməklər üçün vergi tətbiq edir.

 

Modern.az "SKY" saytına istinadla xəbər verir ki, şəhər merliyinin qənaətinə görə, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı atılır. Ona görə də Belçikanın bu regionunun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir.

 

Valloniya merliyi tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü