Modern.az

İsraildə bir gündə 2000-ə yaxın insan koronavirusa yoluxdu

İsraildə bir gündə 2000-ə yaxın insan koronavirusa yoluxdu

17 İyul 2020, 21:10

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1929 nəfər artaraq ümumilikdə 47 459-a çatıb. Həmçinin eyni diaqnozdan 8 nəfər ölüb, ölənlərin ümumi sayı 392 olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, hazırda İsraildə 26 323 koronaviruslu xəstə var, onlardan 208 nəfəri ağır vəziyyətdədir, daha 56 nəfər isə süni tənəffüs aparatına qoşulub.

 

Bununla yanaşı, 20 744 nəfər müalicə olunaraq sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi