Modern.az

Kasilyas \"Real Madrid\"ə qayıdır

Kasilyas \

17 İyul 2020, 21:35

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas "kral klubu"na qayıdır.

 

Modern.az "Marca"ya istinadən xəbər verir ki, 39 yaşlı qapıçı paytaxt təmsilçisinin rəhbərliyində yer alacaq.

 

Portuqaliya "Portu"su ilə müqaviləsi başa çatan təcrübəli qolkiper Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.

 

Onun yaxın vaxtlarda peşəkar karyerasını başa vuracağı gözlənilir.

 

Qeyd edək ki, 1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş İker Kasilyas daha əvvəl İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan fikrini dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!