Modern.az

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat etdi

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat etdi

17 İyul 2020, 22:08

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 458 nəfərə çatıb.

 

Nazirin sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 926 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib.

 

Son gün ərzində 1 014 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 199 834 nəfər təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi