Modern.az

PSJ Neymara yeni müqavilə təklif etdi

PSJ Neymara yeni müqavilə təklif etdi

Dünya

17 İyul 2020, 23:10

PSJ hücumçusu Neymarı komandada saxlamaq arzusundadır.

 

Modern.az-ın məlumatına görə, Fransa çempionu 28 yaşlı forvarda yeni müqavilə təklif edib.

 

Braziliya millisinin üzvü "Barselona"ya qayıtmaq istəsə də, parislilər onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bir müddətdir bununla bağlı danışıq davam etməsinə baxmayaraq, hələlik bir irəliləyiş yoxdur. Futbolçunun klubla hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 18 qol, 10 assitlə yadda qalıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar