Modern.az

Bakıda qapısı bağlı mənzildə meyit aşkar olundu

Bakıda qapısı bağlı mənzildə meyit aşkar olundu

Hadisə

17 İyul 2020, 23:17

Bakıda mənzildən meyit aşkar olunub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

Məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Quliyev Yavər Əliağa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!