Modern.az

Paytaxtda intihara cəhd

Paytaxtda intihara cəhd

17 İyul 2020, 23:26

Bakıda intihar cəhdinin qarşısı alınıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir