Modern.az

\"Lids\" 16 ildən sonra Premyer Liqaya qayıtdı

\

17 İyul 2020, 23:36

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, buna Çempionşipin 45-ci tur çərçivəsində bu gün keçirilən "Haddersfild" - "Vest Bromviç" matçında aydınlıq gəlib.

 

2-ci pillədə qərarlaşan qonaqların 1:2 hesabı ilə məğlub olması "Lids"in sona 2 tur qalmış ilk iki pillədəki yerini təmin edib. Bununla Marselo Byelsanın çalışdırdığı "Lids" 16 ildən sonra elitaya qayıdıb. Komanda sonuncu dəfə 2004-cü ildə Premyer Liqanı tərk edib.

 

Qeyd edək ki, hazırda 87 xalla Çempionşipə başçılıq edən "Lids" ən yaxın izləyicisini 5 xal qabaqlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!