Modern.az

Afrikada koronavirusa yoluxanların sayı açıqlandı

Afrikada koronavirusa yoluxanların sayı açıqlandı

18 İyul 2020, 00:04

Afrikada koronavirusa yoluxma hallarının sayı 663 648 nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional nümayəndəliyi məlumat yayıb.

 

Bildirilib ki, qitə üzrə 343 mindən çox pasiyent sağalıb, ölənlərin ümumi sayı isə 14 386 nəfərə çatıb.

 

Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (327 221 nəfər) və Misirdə (85 771) aşkar edilib.

 

Nigeriyada isə 34 854 nəfər koronavirusa yoluxub.

 

Cənubi Afrika Respublikasında koronavirusdan ölənlərin sayı 4 669 nəfərə, Misirdə 4 120 nəfərə, Əlcəzairdə isə 1 052 nəfərə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?