Modern.az

Britaniyada koronavirusdan daha 114 nəfər öldü

Britaniyada koronavirusdan daha 114 nəfər öldü

18 İyul 2020, 00:38

Son sutkada Böyük Britaniyada 114 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 233 nəfərə çatıb. Son gündə daha 687 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 293 239 koronavirusa yoluxma halı qeydə alınıb.

 

Bundan bir gün əvvəl 66 nəfər virusun qurbanı olub, 642 nəfərinsə virusa yoluxması təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır