Modern.az

Köçəryan prezident sarayını arzulayır

Köçəryan prezident sarayını arzulayır

16 Yanvar 2010, 16:11

Ermənistanın sabiq prezidenti Robert Köçəryan prezident sarayına qayıtmağı arzulayır. Modern.az-ın erməni mətbuatına istinadən yaydığı məlumata görə, Köçəryanı siyasi ambisiyalar və dövlət başçısı postuna qayıtmaq cəhdi  rahat buraxmır. Mətbuat yazır ki, prezident olmaq arzusunu reallaşdırmaq üçün Köçəryan hətta bir neçə dəfə Moskvaya uçub və Kremlin xeyir-duasını almağa cəhd edib.
Sabiq prezidentin ötən il dekabrın 10-da, daha sonra 21-də Moskvaya uçduğu bildirilir. Köçəryan Yeni ili də Moskvada qarşılayıb və paytaxtda bir neçə görüş keçirib. Lakin Köçəryanın hələlik prezidentlik arzularına Moskva müsbət cavab vermir. Bundan əlavə,  Rusiyanın baş naziri Vladimir Putinin kobud formada  Köçəryana prezidentlik xülyasından birdəfəlik əl çəkməyi məsləhət gördüyü bildirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir