Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 14 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 14 milyonu ötdü

18 İyul 2020, 01:08

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14 milyon nəfəri ötüb.

 

Modern.az  pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 16-da dünya üzrə koronavirusa rekord sayda – 248 min 914 yoluxma halı aşkarlanıb, 5 min 741 nəfər vəfat edib.

 

Saytın son məlumatına əsasən, hazırda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 14 milyon 3,7 minə, ölənlərin sayı isə 593,9 minə çatır. Eyni zamanda, 8 milyon 322 min nəfər COVID-19 xəstəliyindən sağalıb.

 

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib. Martın 11-də isə infeksiyasının yayılması pandemiya elan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir