Modern.az

Dünyada koronavirusa yoluxma sutkalıq rekordu YENİLƏDİ

Dünyada koronavirusa yoluxma sutkalıq rekordu YENİLƏDİ

Dünya

18 İyul 2020, 09:32

Son sutka ərzində dünyada rekord sayda – 237,7 min insan COVID-19-a yoluxub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna qədər 12 iyulda 230 min sutkalıq yoluxma rekord göstərici sayılırdı.

 

Ən çox yoluxma halları ABŞ-da (67,1 min nəfər), Braziliyada (39,9 min nəfər) və Hindistanda (34,9 min nəfər) qeydə alınıb.

 

Sutka ərzində virusdan ölənlərin sayı isə 5 682 nəfər olub.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı