Modern.az

“Azərbaycanda çoxlu erməni yaşayır, onlar provokasiya ilə məşğuldurlar” – Xalq şairi

“Azərbaycanda çoxlu erməni yaşayır, onlar provokasiya ilə məşğuldurlar” – Xalq şairi

18 İyul 2020, 16:41

Ölkəmiz bir tərəfdən aylardır davam edən koronavirus pandemiyası ilə, digər tərəfdən isə mənfur qonşularımızla mübarizə aparır. Belə ki, iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

 

Artıq 6 gündür ki, atışma davam edir. Mübarizədə general və polkovnik daxil olmaqla 12 şəhid vermişik. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan akademik, xalq şairi Nəriman Həsənzadə Azərbaycanda çoxlu erməninin yaşadığını və onların provokasiya ilə məşğul olduğunu bildirib:


“Şəhidlərimizin qanı yerdə qalmayacaq. Dövlətin elə sirləri var ki, biz onları bilmirik. Elə manevrlər var ki, yerindən duran ona hökm verməyə çalışır. Elə olmamalıdır. Xalq ayağa qalxıb. Mən bunu alqışlayıram. Qurban olum bu millətə... Millət erməniyə də, rusa da nifrət edir. Bütün deputatlar cəbhələrdədir. Xalq bu dəqiqə birləşib. Erməni çox alçaq bir millət olduğunu zaman-zaman sübut edib. Hələ içimizdə də nə qədər erməni var. Azərbaycanda çoxlu erməni yaşayır. Azərbaycan dilini də yaxşı bilirlər. Onlar burada provokasiya aparırlar. Erməni hiyləsindən qorunmaq lazımdır. Onlar milləti gözdən salmaq üçün elə riyakar şüarlar səsləndirirlər ki... Belə bir məqamda millət birləşməlidir. Bir neçə gün əvvəl Azərbaycan Xalq Cəhbəsi bu vəziyyətlə əlaqədar birlik olmaq istədiyini bildirdi. Başqa bir sıra partiyalar da dəstək nümayiş etdirdilər. İçimizdəki ermənilər isə bu birliyi pozmaq istəyir, onlar xüsusi hazırlıqla gəliblər. Bilmirəm, Ermənistandanmı gəliblər, yoxsa öz içimizdənmi çıxıblar?! Burada millət ayıq olmalıdır. Dövlətin dediyini deməliyik”. 


Nəriman Həsənzadə paytaxtda orduya dəstək məqsədilə təşkil edilən aksiyada ziyalıların gözə çarpamasından da danışıb:


“Ziyalılar meydana çıxıb nə etsin? Sinəsinə döysün ki, mən də varam? Burada heç kəs özünü gözə salmağa çalışmamalıdır. Döyüşə, silah qabağına bizim generalımız getdi, qəhraman oğullarımız getdi. Allah onların hamısına rəhmət eləsin! Onlar heç nitq söyləmədi. Çünki məqsədləri torpaqlarımızı geri almaq idi.Bir türk şairi deyir ki, Ey millətim, kimi sənin yolunda həlak oldu, kimi də nitqlər söylədi. O nitq söyləyənlərə biraz ayıq baxmaq lazımdır. Millət hislə yox, ağılla hərəkət etməlidir. Cənubi Azərbaycanda 40 milyon azərbaycan xalqı var. Lakin farslar görün nə edir? Erməni ilə qardaşlıq edir, erməniyə silah, neft, benzin göndərir. Orada erməni dilində dərslər keçirilir. Bizim dilimizə isə icazə yoxdur. Mən bu farsın nəyinə inanım? Başdan ayağa fırıldaqdır. 100 ildir erməni ilə bərabər başımıza oyun açır. Nə qədər azərbaycanlını qırdılar. Bu hadisələr bizi yetişdirməlidir. Bu günə kimi nə qədər adam gedib qeydiyyatdan keçib. Millət də, dövlət də hər şeyə hazırdı. Sadəcə əvvəldə də dediyim kimi, elə şeylər var ki, dövlətin sirridir və biz onları bilmirik. Biz belə məqamlarda sadəcə dayaq olmalıyıq. Qarabağ, elə İrəvanın özü də Azərbaycan torpağıdır. Çox istəyirəm ki, bütün torpaqlarımız azad olsun”. 


Xalq şairi vurğulayıb ki, 1700-cü ildə elə bir xəritə yoxdur ki, orada ermənilərin torpağı göstərilsin:


“Onların yeri-yurdu olmayıb. Bunlar elə Nuhdan bəri deyir, biz qohumuq, bura bizimdir. Hələ onların sözünü müdafiə edən başqaları da var. Hamısı böhtandır. Kim müharibəni istəyər? Müharibə qan deməkdir. Amma torpağı qoymaq olarmı? Yox. Bizim ordumuz çox güclüdür. Zakir Həsənovu çox yaxşı tanıyıram, o, qəhraman, məğrur adamdır. Dünya miqyasında onu böyük bir sərkərdə kimi tanıyırlar. O torpaqlarımızın azadlığı üçün məqam axtarır. Mən inanıram ki, Zakir Həsənov Ali Baş Komandanın əmrini gözləyir, onunla fəxr edirəm”. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi