Modern.az

Nigeriyada bomba partladı - 7 ölü

Nigeriyada bomba partladı - 7 ölü

18 İyul 2020, 19:51

Nigeriyanın şimalında, Kaçina ştatında əldəqayırma bomba partlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Punch” nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, bir qrup şəxs heyvanlar üçün ot yığmağa gedərkən onlardan kimsə bombaya toxunub.

 

Bombanın partlaması nəticəsində 7 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Yerli polisin nümayəndəsi faktı təsdiqləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər