Modern.az

Misir müftisi Aya Sofya qərarına qarşı çıxdı

Misir müftisi Aya Sofya qərarına qarşı çıxdı

Dünya

18 İyul 2020, 21:14

Misirin ali müftisi Şauki Alyam Aya Sofyanın məscidə çevrilməsinə qarşı çıxıb.

 

Modern.az xəbər verir ki, bunu o, “Sada əl Balad” televiziyasına müsahibəsində deyib.

 

“Kilsələr necə varsa, elə də saxlanılmalı, məscidlərə çevrilməməlidir. Misirin tarixində belə şey baş verməyib. Fərqli inanclar öz unikal imkanlarını saxlamalıdırlar”, – deyə o bildirib.

 

Qeyd edək ki, Aya Sofya 500 ilə yaxın məscid kimi fəaliyyət göstərib, 1934-cü ildə isə muzeyə çevrilmişdi.

 

Bu il 24 iyuldan məscid kimi fəaliyyətini davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı