Modern.az

ABŞ ordusu ilə rus hərbi konvoyu üz-üzə - SURİYADA

ABŞ ordusu ilə rus hərbi konvoyu üz-üzə - SURİYADA

Dünya

18 İyul 2020, 21:34

Suriyada ABŞ qoşunları ilə Rusiya hərbi konvoyu üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, Simelka sərhəd-keçid məntəqəsi yaxınlığında ABŞ ordusunun Rusiya hərbi konvoyunun keçməsinə icazə verməməsi gərginlik yaradıb.

 

Məlumata görə, 6 avtomobildən ibarət Rusiya hərbi polis patrulu döyüş helikopterlərinin müşaiyəti ilə Qamışlıdan Simelka sərhəd-keçid məntəqəsi istiqamətində yol alıb.

 

Rusiya konvoyu ABŞ ordusu və koalisiya qüvvələrinin istifadə etdiyi Əz-Zirai hava limanının yaxınlığındakı Şəkər Hac kəndindən keçən zaman ABŞ ordusu tərəfindən saxlanılıb.

 

ABŞ ordusu icazə vermədiyinə görə ruslar 20 kilometr uzunluğundakı torpaq yolla getməli olub. Buna baxmayaraq, amerikalılar rusları təqib edib. Nəhayət Ayn Tavil kəndindəyi yol ayrıcında ABŞ ordusu rus konvoyunun önünü kəsərək geri qaytarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir