Modern.az

Türkiyədə bu gün koronavirusdan 17 nəfər öldü

Türkiyədə bu gün koronavirusdan 17 nəfər öldü

Dünya

18 İyul 2020, 21:48

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

 

Nazir bildirib ki, son 24 saatda 40 943 şübhəli koronavirus testindən keçib, onlardan 918-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1179 xəstə sağalıb.

 

Türkiyədə indiyədək 218 717 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5475 nəfər ölüb, 201 013 nəfər müalicə olunaraq evə buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!