Modern.az

"Səbail" kapitanı ilə vidalaşdı

Dünya

18 İyul 2020, 22:51

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

 

Modern.az-ın məlumatına görə, kapitan Eltun Yaqublu bakılılarla vidalaşıb.

 

Müqavilə müddəti başa çatan 29 yaşlı müdafiəçi ilə yeni sözləşməyə ehtiyac duyulmayıb. "Səbail" ayrılığı bir cümlə ilə açıqlayıb: "Dörd gözəl və emosional mövsüm üçün təşəkkür edirik".

 

Qeyd edək ki, baş məşqçi Aftandil Hacıyevlə yeni müqavilə bağlayan "Səbail" Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Maykl Essyen və Şəhriyar Rəhimovu yola salıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı