Modern.az

ABŞ əsgəri Rusiyaya məlumat ötürməkdə günahlandırılır

ABŞ əsgəri Rusiyaya məlumat ötürməkdə günahlandırılır

18 İyul 2020, 23:23

ABŞ Donanmasında xidmət edən baş çavuş Çarlz Briqqs Rusiyaya gizli məlumat ötürməkdə günahlandırılır.

 

Modern.az xəbər verir ki, bu barədə “Virginian-Pilot” qəzeti məlumat yayıb. Məlumata görə, Portsmut Dəniz Tibb Mərkəzində informasiya və texnologiya şöbəsində çalışan Çarlz Briqqs gələn həftə hakim qarşısına çıxacaq.

 

Ç.Briqqsə qarşı qaldırılan ittiham aktında onun 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarına qədər dövlət təhlükəsizlik məlumatlarına çıxışı olduğu və Rusiya vətəndaşına məxfi məlumatlar ötürüldüyü qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir