Modern.az

Azərbaycanlı qaçqın-köçkün jurnalistlərin dünya jurnalistlərinə müraciəti yayıldı

Azərbaycanlı qaçqın-köçkün jurnalistlərin dünya jurnalistlərinə müraciəti yayıldı

19 İyul 2020, 09:48

Azərbaycanlı qaçqın-köçkün jurnalistlər dünya jurnalistlərinə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciət öncə “The Global” jurnalında dərc olunub. Sabah isə müraciət bütün ölkələrin medisında yer alacaq.

Müraciəti olduğu kimi təqdim edirik:

- Dəyərli həmkarlar! Hər şeydən öncə həmkarlarınız olaraq eyni məslək sahibi kimi obyektivliyinizə güvənib Sizə müraciət edirik. Çağdaş dünyamızda güvəniləcək tək məslək sahibləri jurnalistlər qaldı. Daha hansısa beynəlxalq təşkilata, hansısa super gücə inam yoxdur. Şəxsi yaşantılarımızla bunları görməkdəyik.

Ötən əsrin 90-ci illərindən başlayaraq Ermənistan mənfur güclərin dəstəyi ilə Azərbaycanın torpaqlarının 20 faizini, Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazax və Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar qətlə yetirilib, girov götürülüb, evlərindən didərgin salınıb.
1993-cü il fevralın 25-dən 26-a keçən gecə dünyanın gözü qarşısında Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır.

Bu gün də bu işğal davam edir. Təsəvvür edirsinizmi, hətta bütün dünya koronavirusla mücadilə verərkən Ermənistan hərb maşını bundan sui-istifadə edərək sivil insanlarımızı belə qətlə yetirir.

Ermənistan Azərbaycanın tarixi torpaqlarına iddia edir, ancaq soruşmaq lazımdır, işğal etdikləri ərazilərdə işğaldan öncə bir erməni jurnalist doğulubmu? Təbii ki, xeyir! Çünki həmin ərazilər Azərbaycanındır, həmin yerlərdə azərbaycanlılar yaşayıb. Bu gün işğal altındakı həmin Azərbaycan bölgələrində doğulan 300-dən çox azərbaycanlı jurnalist var.

Dəyərli məsləkdaşlar! Sülhün bərqərar olmasında biz jurnalistlərin üzərinə böyük yük düşür. Məsləkinə sadiq hər bir jurnalist haqqın tərəfində olur. Sizdən ricamız odur ki, əlinizi ürəyinizin üstünə qoyun, Azərbaycana baxın, hər biriniz zaman ayırıb bizim, Sizin həmkarlarınızın üzləşdiyi problemlərlə bağlı tək bir material hazırlayın. Öz insanlarınıza, öz dövlət, hökumət adamlarınıza çatdırın ki, Ermənistan işğalçıdır, Azərbaycanın torpaqlarını işğal edib, dinc insanları qətlə yetirir. Hər birinizin bizimlə, öz jurnalist həmkarlarınızın problemləri ilə bağlı bir material hazırlamaq borcunuz var. Öz doğma evimizə qayıtmaq haqqımızın dünyaya çatdırılmasında bizə yardımçı olun. Axı Siz jurnalistsiniz. Siz doğrunun yanındasınız, haqqın bərpasının tərəfdarısınız. Bizə tapdalanmış haqlaırımızın, hüquqlarımızın bərpasında yardımçı olun. Qoy, jurnalistika qələbə çalsın. Qoy, jurnalistlərin qoruduğu haqq-ədalət bərqərar olsun. Qoy, 300-dən çox həmkarınız öz evlərinə qayıtsın! Qoy, biz də öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilək. Dünyanın harasında yaşamasından asılı olmayaraq, jurnalist kimi çalışan dost, səsimizə səs ver!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir