Modern.az

Azərbaycanda yeni televiziya təaliyyətə başlayır

Azərbaycanda yeni televiziya təaliyyətə başlayır

20 İyul 2020, 09:28

"Neftçi" klubunun televiziyası bu gün yayıma başlayır.

 

Modern.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək.

 

Hər gün saat 12:00-dan 16:00-dək "Youtube” vasitəsilə yayım olacaq.

 

Qeyd edək ki, "Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də "Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir