Modern.az

Operativ Qərargahdan 190 manatlıq ödənişi kəsilənlərlə bağlı AÇIQLAMA

Operativ Qərargahdan 190 manatlıq ödənişi kəsilənlərlə bağlı AÇIQLAMA

20 İyul 2020, 18:13

“190 manat vətəndaşların bank hesablarında toplanılması və ya əmanətə çevrilməsi üçün verilmirdi. Bizdə belə məlumatlar var ki, 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş müəyyən sayda şəxs bir ay müddətində həmin vəsaitdən istifadə etməyib”.

Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabinetin yanında Operativ Qərargahın brifinqdə aprel və may aylarının ödənişlərini sonrakı aylarda ala bilməyən vətəndaşların müraciətlərinə cavab olaraq deyib.

O bildirib ki, 190 manat üçün müraciət edən şəxslərin kartlarına ödənişlər yerləşdirilsə də, bir ay keçməyinə baxmayaraq o vəsaitdən istifadə etməyən vətəndaşlar olub:

“Düşüncə belədir ki, əgər insanlar ehtiyac üçün müraciət edibsə, vəsait daxil olduqdan sonra istifadə olunmalı idi. Bu vəsait vətəndaşlara yardım kimi verilirdi. Ancaq insan hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, tövsiyə edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin. Məsələnin araşdırılıb ədalətli qərar veriləcəyinə əminəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi