Məşhur müğənni, “Dolya Vorovskaya” mahnısı ilə populyarlıq qazanmış müğənni Boka vəfat edib.
Modern.az xatırladır ki, əsl adı Boris Davidyan olan müğənni Boka imzası ilə populyarlıq qazanıb.
O, 1949-cü il aprelin 28-də Bakıda anadan olmuşdu. 1988-ci ildə ABŞ-ın Los-Anceles şəhərinə köçən müğənni “Dolya Vorovskaya” mahnısı ilə keçmiş sovet sakinləri arasında məşhurluq qazanmışdı.