Modern.az

“Yeddi oğul istərəm” filmindəki Humay Azərbaycanı TƏRK EDİB - Aktrisa sağdır

“Yeddi oğul istərəm” filmindəki Humay Azərbaycanı TƏRK EDİB - Aktrisa sağdır

Mədəni̇yyət

21 İyul 2020, 12:32

Ötən gün Modern.az saytının "Yaddan çıxmış sənətkarlar" layihəsində kinoaktrisa – “Yeddi oğul istərəm” filmindəki Gəray bəyin qızı Humay obrazı ilə tanınmış Zemfira İsmayılovadan bəhs etmişdik. Aktrisanın həyat və yaradıcılığı barədə yazının yayımlanması oxucuların marağına səbəb oldu. Qeyd edək ki, yazıda aktrisa ilə xatirələrini bölüşən sənət yoldaşları Zemfira İsmayılovanın hazırda həyatda olub-olmadığını bilmədiklərini demişdilər.

"Yaddan çıxmış sənətkarlar: Gəray bəyin qızı - Sənət dostlarının itirdiyi AKTRİSA" adlı dünənki məqalədən sonra milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyevanın Zemfira İsmayılovanın yaxın rəfiqəsi olduğu barədə məlumat aldıq.

Modern.az-ın əməkdaşı Zemfira xanımla bağlı əlavə məlumat əldə etmək üçün Dilarə Nağıyeva ilə əlaqə saxlayıb.

Dilarə Nağıyeva saytımıza bildirib ki, rəfiqəsi Zemfira İsmayılova hazırda sağdır və aktrisa gözləri tutulandan sonra anası ilə birgə İsrailə - bacısının yanına köçüb:

"Hazırda Zemfira İsmayılova İsraildə yaşayır. Onunla çox yaxın rəfiqə olmuşuq. İki ildir ki, onunla əlaqəm yoxdur. Ora gedəndən bir dəfə telefonla danışdıq, amma sonara nə qədər zəng etdimsə, mənə cavab vermədi. Lakin bilirəm ki, sağdır, yaşayır. Orda bacısı və anası ilə qalır, özünün ailəsi yoxdur. Cavan yaşlarında bir dəfə ailə qurdu, o da çox çəkmədi, boşandı. Sonra daha ailə qurmaq istəmədi. 

Bəziləri atasının adı Aleksey olduğuna görə onu başqa millətdən bilirdi. Amma Zemfira əsl azərbaycanlı idi, atasının da əsl adı Əlidir. Onun haqqında deyilən bütün yaxşı sözlərə qoşuluram. "İşıq" redaksiyasında müdir kimi işə başlayandan sonra daha özü də kino sahəsində qalmaq istəmədi. Redaksiyada bir müddət işləyəndən sonra Moskvaya gedib hardasa 20 il də orda yaşadı. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Kitabları çox sevirdi, yalan omasın, bəlkə evinin iki otağı kitabla dolu idi. Zemfira dövlətinə, xalqına bağlı insandır, həm də savadlı jurnalistdir də deyə bilərəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!