Modern.az

Medvedev Sərkisyanı Kremlə çağırıb

Medvedev Sərkisyanı Kremlə çağırıb

Təhsil

17 Yanvar 2010, 15:38

Sabah Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfəri  başlayır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti əsasında reallaşacaq. Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyanın sözlərinə görə,  səfər gedişində iki ölkə arasında əməkdaşlığa və regional məsələlərə dair  yüksək səviyyəli dialoq davam  etdiriləcək. 
Yanvarın sonlarında Rusiya prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüşün keçiriləcəyinə dair bir sıra KİV-də yayılan məlumatlara gəlincə, Farmanyan belə bir görüşün keçirilməsini istisna etmir. “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər göstərir, Ermənistan bu səyləri yüksək qiymətləndirir. Əvvəllər vasitəçilik missiyası ilə üçtərəfli formatda 2 belə görüş keçirilib”-deyə mətbuat katibi bildirib. Onun sözlərinə görə,  buna görə də prezidentlər arasında daha bir görüşün keçirilməsi heç kimdə təəccüb doğurmur.

 

 

Farmanyan münaqişənin həllinə dair Madrid prinsiplərinin yeniləşmiş variantının İrəvana  təqdim olunmasına dair məlumatları təkzib edib.   

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!