Modern.az

“Kurtlar vadisi” İsrail hərbçilərini yenə “vəhşi” obrazında göstərsə...

“Kurtlar vadisi” İsrail hərbçilərini yenə “vəhşi” obrazında göstərsə...

17 Yanvar 2010, 15:44

Türkiyə və İsrail arasında yaşanan diplomatik qalmaqalın baş memarı hesab olunan İsrail xarici işlər nazirinin müavini Deni Ayalon Ankaraya qarşı  təhdidlə çıxış edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ayalon qeyd edib ki, “Kurtlar vadisi” serialında İsrail hərbçilərinin “vəhşi” kimi göstərilməsi davam edərsə, onda Türkiyənin Təl-Əvivdəki səfiri Oğuz Çəlikkol İsraildən deportasiya olunacaq.
Xarici işlər naziri Aviqdor Libermanın Türkiyəyə yönəlik siyasətini dəstəkləyən D.Ayalon əlavə edib ki, “hər bir ölkənin bizə qarşı çıxmasına izin verə bilmərik. İsrailə qarşı hücum varsa, səfirlərin ölkədən qovulması da daxil bütün tədbirləri gözdən keçirə bilərik”.  Onun sözlərinə görə, məqsəd türk səfirini alçaq yerdə oturtmaqla onu təhqir  etmək deyil, Türkiyəyə təhdid mesajı göndərmək olub. Ayalon xatırladıb ki, bu, təhqir deyil,  Ərdoğanın Davosda Peresə qarşı etdiyi həqarətdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi